Fransa Senatının üzvü Natali Qule 11-ci Qlobal Bakı Forumu çərçivəsində “Müharibə və Sülh haqda: real siyasətə qayıdış” panelində çıxış edib.
Stopnarkotik.az xəbər verir ki, Fransız parlamentari çıxışında bu ifadələri işlədib:
“Bu gün dünyada beynəlxalq hüquq işləmir. Hazırda dünya siyasətini lobbiçilik idarə edir. Bu vəziyyətin səbəbi liderlik çatışmazlığıdır. Bilmirik ki, nəyi düzgün edirik. Nəticədə cinayət və terrorizm artmaqdadır.
Mənim ölkəm olan Fransada Azərbaycana qarşı zəhərli lobbi var. Dünyanın bu vəziyyətdə olmasının səbəbi liderliyin olmamasıdır. Dünya dəyişib, terror, ekstremizm artıb. Vətəndaş cəmiyyəti daha fəal rol oynamalıdır. Mən də sizdən üzr istəmək istəyirəm”.
Stopnarkotik.az