Fransanın BAŞI DƏRDDƏ: ölkəni etiraz alovu yenidən bürüyə bilər

Fransa Prezidenti Emmanuel Makron “müvəqqəti səs çoxluğu və ya bloklarla sıxışdırılmaq istəmədiyini”, eləcə də miqrasiya və digər məsələlərə dair qanun layihələrinin qəbul ediləcəyi ilə bağlı xəbərdarlıq edib.

Stopnarkotik.az xəbər verir ki, Fransa Prezidenti Konstitusiyanın ona verdiyi imkanlardan istifadə edəcəyini bildirib. Bununla da E.Makron 2024-cü il büdcəsi və immiqrasiya islahatları da daxil olmaqla, bəzi qanun layihələrinin qəbulu ilə bağlı heç bir zəmanətinin olmadığını etiraf etmiş olur. Həmçinin o, parlamentin payız sessiyasına təxirə salınmış bu layihələrin qəbul edilməsində yenidən 49,3 maddəsinə müraciət olunacağını istisna etməyib.

Fransa Prezidenti bu mətnlərin qəbul edilməsinə respublikaçıların kömək edəcəyinə ümid etdiyini deyib. Pensiya islahatı kimi bir çox digər mətnlərlə bağlı 49.3 maddəsinə müraciət ölkədə geniş etiraz nümayişləri doğurmuşdur. Konstitusiyanın bu maddəsinə müraciət xalqın etirazına baxmayaraq, qanun layihələrinin məcburi qəbul olunması deməkdir. Bu isə ölkədə artıq dəfələrlə etiraz nümayişlərini alovlandırıb. E.Makronun indidən bu fikirləri səsləndirməyi, ölkəni yenidən etiraz nümayişləri bürüyəcəyinin qaçılmaz olmadığından xəbər verir. Payızda ölkəni yenidən etiraz alovu bürüyə bilər.