Fransanın daxili işlər naziri Gerald Darmanin “Əl-İttihad”ın fransalı hücumçusu Kərim Benzemanı terror təşkilatı ilə əlaqədə olmaqda ittiham edib.
Bu barədə "Marca" məlumat yayıb. Darmanin deyib: “Biz hamımız bilirik ki, cənab Kərim Benzemanın “Müsəlman qardaşları” ilə bədnam əlaqələri var”.
Bundan əvvəl Benzema İsraillə hərbi münaqişə fonunda Fələstin xalqına dəstəyini ifadə etmişdi.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağına nəzarət edən Fələstinin HƏMAS hərəkatı İsrailə hücum edib.