Fransada Putinin keçmiş arvadının evini müsadirə etdilər - DƏYƏRİ 10 MİLYON AVROYA YAXINDIR

Ukraynada müharibənin başlamasından sonra Fransada Rusiya hökumətinə yaxın şəxslərə qarşı aparılan məhkəmə araşdırmları sürətlənib.

Paris prokurorluğunun “Le Monde” nəşrinə verdiyi məlumata görə, məhkəmə orqanları Putinin ətrafındakı daha iki şəxsin mülkü ilə bağlı həbs qərarı verib. Bunlar indiyədək müsadirə edilən ən dəbdəbəli mülklər olmasa da, birbaşa Rusiya Prezidenti Vladimir Putinin yaxın çevrəsi ilə bağlı olduğu üçün simvolik əhəmiyyət kəsb edir.

Belə ki, müsadirə oluanan mülklərdən biri Putinin keçmiş həyat yoldaşı Lyudmila Oçeretnayaya məxsusdur. Anqletdə yerləşən Art Deko üslublu villa 2013-cü ildə rusiyalı sahibkar və Lyudmilanın əri Artur Oçeretnı tərəfindən alınıb. 5 000 kvadratmetrlik mülkün dəyəri 5,4 milyon avro olsa da, sonradan onun təmir üçün əlavə 3,5 milyon avro ödənilib.

Qeyd olunur ki, villaya 6 dekabr 2023-cü ildə Fransa məhkəməsi tərəfindən həbs qoyulub. Bildirilib ki, Oçeretnayanın villasından başqa, daha bir neçə Kremlə yaxın oliqarxların mülkləri nəzarət altındadır./azpolitika