Fransa səfiri Azərbaycana qayıdıb.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, Fransa səfiri Ann Buayon Azərbaycana qayıdıb və diplomatik fəaliyyətini davam etdirir.
Xatırladaq ki, Fransanın Azərbaycandakı səfiri Bakı və Paris arasında gərginləşən münasibətlər fonunda aprelin 16-da məsləhətləşmələr üçün geri çağırılmışdı. Fransa XİN-in yaydığı bəyanatda qeyd olunmuşdu ki, xanım diplomatı Fransa Prezidenti Emmanuel Makron qəbul edib.