Fransa Ermənistana bu hərbi sistemləri verəcək - SİYAHI

Fransa və Ermənistan müdafiə nazirlərinin imzaladığı hərbi sazişin detalları məlum olub.

Stopnarkotik.az xəbər verir ki, Fransa Ermənistana hərbi texnika, o cümlədən radar sistemləri və hava hücumundan müdafiə sistemləri satdığını elan edib. Fransanın müdafiə naziri Sebastyn Lekornunun sözlərinə görə, bu texnika guya müdafiə xarakteri daşıyır və yalnız “Ermənistan ərazisinə təcavüzə” cavab olaraq istifadə edilə bilər.

Jurnalistlərə açıqlama verən Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib ki, Ermənistan Fransanın "Thales" müdafiə qrupundan üç "Ground Master 200 (GM200)" radar sistemi alacaq.

Qeyd olunur ki, artıq Ukraynada istifadə olunan sistem “gözəl aşkarlama imkanları” ilə tanınır”.

Nazirlər, həmçinin, “Thales” və Avropanın raket istehsalçısı MBDA şirkətlərinin iştirakı ilə Ermənistanın hava hücumundan müdafiə sistemləri almasına dair niyyət protokolu imzalayıblar.

Qeyd edək ki, bu gün Ermənistan və Fransa müdafiə nazirləri hərbi saziş imzalayıblar.