Parisin "Park de Prens" stadionunda DÇ-2026 seçmə mərhələsi çərçivəsində Fransa - Azərbaycan qarşılaşması başa çatıb.
Stopnarkotik.az xəbər verir ki, görüş ev sahiblərinin 3-0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 45+2-ci dəqiqədə Mbappe, ikinci qolu 69-cu dəqiqədə Rabyo, 84-cü dəqiqədə Toven qapıdan keçirib.
Bu nəticədən sonra Fransa millisi xalların sayını doqquza çatdıraraq D qrupunda liderliyini davam etdirir, Azərbaycan bir xalla sonuncudur.
Millimiz növbəti görüşünü oktyabrın 13-də Ukrayna millisinə qarşı keçirəcək.
*** 00:31
Fransa – Azərbaycan matçında hesab 3:0 oldu
Stopnarkotik.az xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda keçirilən Fransa – Azərbaycan oyununda meydan sahibləri növbəti qolu vurublar.
Paris şəhərindəki “Park de Prens” stadionunda baş tutan qarşılaşmanın 84-cü dəqiqəsində Floryen Toven fərqlənib və hesabı 3:0 edib.
Bu qolla Fransa yığması üstünlüyünü daha da artırıb və oyunun son dəqiqələrinə rahat şəkildə daxil olub.
*** 00:16
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda keçirilən Fransa – Azərbaycan qarşılaşmasında meydan sahibləri üstünlüklərini artırıblar.
Paris şəhərindəki “Park de Prens” stadionunda baş tutan oyunun 69-cu dəqiqəsində Adrien Rabyo baş zərbəsi ilə fərqlənərək hesabı 2:0 edib.
Bu qolla Fransa millisi matçda üstünlüyünü daha da möhkəmləndirib. Azərbaycanın qarşılaşmada geri dönmək üçün vaxtı azalıb.
*** 23:38
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda keçirilən Fransa – Azərbaycan matçında ilk hissə yekunlaşıb.
Paris şəhərində yerləşən “Park de Prens” stadionunda baş tutan qarşılaşmada hesab 45+1-ci dəqiqədə açılıb.
Meydan sahiblərinin hücumçusu Kilian Mbappe fərqlənərək Fransa yığmasını önə keçirib.
Matçın ikinci hissəsində Azərbaycan millisinin geridönüş üçün şansı qalır.