Əfqanıstanda kütləvi zəhərlənmə

Əfqanıstanın Host əyalətində verilən xeyriyyə yeməyindən sonra 450-yə yaxın insan zəhərlənib.

Stopnarkotik.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın ictimai səhiyyə departamentinin rəhbəri Fəzal Kərim Mandozay bildirib.

Onun sözlərinə görə, zəhərlənənlər arasında 90 uşaq, 120 qadın da var.

Mandazoy qeyd edib ki, hazırda zəhərlənmənin nədən baş verdiyi məlum deyil və əsas səbəb aşpazların yemək bişirmə prosesindəki səhlənkarlığı hesab olunur.

Yerli polis nümayəndəsinin sözlərinə görə, hadisənin araşdırılması ilə Dövlət Təhlükəsizlik Xidməti məşğul olur.