Türkiyə Super Liqasının 30-cu həftəsində “Trabzonspor”un doğma meydanında “Fənərbağça”ya 3:2 hesabı ilə uduzmasından sonra meydana daxil olaraq “Fənərbağça”lı futbolçulara hücum edən 13 azarkeşdən dördü həbs edilib, dörd nəfər isə polis nəzarəti şərti ilə azadlığa buraxılıblar.
Hadisələrdə iştirak edən dörd nəfərin məhkəmə binasında ifadələrinin alınması davam edir.
Mənbə: hurriyet.com
17:08
“Trabzonspor”un “Fənərbağça”ya 3:2 hesablı məğlubiyyətindən sonra tribunadan atılaraq meydana daxil olan azarkeşlər məhkəmə binasına aparılıblar.
“Fənərbağça”nın futbolçularına hücum edən 12 azarkeşdən yeddisi saxlanılma prosedurlarından sonra məhkəməyə çıxarılıb.
Xatırladaq ki, martın 17-də baş tutan “Trabzonspor” - “Fənərbağça” qarşılaşmasından sonra meydanda böyük qalmaqal yaşanıb. “Trabzonspor”un tərəfdarları meydana atılaraq “Fənərbağça” oyunçularına və baş məşqçisinə hücum edib və zərbələr endiriblər.
Mənbə: İHA