Bakının Əhmədli qəsəbəsində kütləvi dava baş verib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, davaya səbəb az əvvəl başa çatan "Fənərbağça" - "Qalatasaray" oyunu olub.
Hər iki klubun fanatları arasında oyun bitəndən sonra mübahisə yaranıb. Əlbəyaxa dava polisin müdaxiləsindən sonra dayanıb. Bir neçə şəxsin saxlandığı bildirilir./report