Ən azı 29 jurnalist gərginləşən Fələstin-İsrail münaqişəsinin qurbanı olub.
Stopnarkotik.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə cümə günü Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb.
"2023-cü il oktyabrın 7-dən 27-dək hər iki tərəfdən öldürülən 8 mindən çox insan arasında ən azı 29 jurnalist var", - deyə hesabatda bildirilir.
Qeyd olunub ki, bu, Komitənin 1992-ci ildən məlumat toplamağa başlamasından bəri jurnalistlər üçün ən ölümcül dövrdür.
"Xəbər agentlikləri Qəzza zolağında öz müxbirləri ilə əlaqəni itirdikcə, dünya reallığı da gözdən itirir", - bəyanatda deyilir.