Fələstin-İsrail münaqişəsi regional müharibəyə çevrilə bilər.
Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Pxenyanda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, baş verənlərə görə bütün məsuliyyəti İranın üzərinə atmaq doğru deyil: “Bu, təxribatçılıqdır”.
Qeyd edək ki, HƏMAS qruplaşmasının oktyabrın 7-dən etibarən həyata keçirdiyi hücumlar nəticəsində İsraildə 1 400 nəfər ölüb, 4 229 nəfər yaralanıb.