"Financial Times” “İlin adamı”nı açıqladı - HAMI HEYRƏTLƏNDİ

"Financial Times” qəzeti daha çox arıqlamaq üçün istifadə edilən diabet dərmanı “Ozempic”i yaradan Danimarka əczaçılıq şirkəti “Novo Nordisk”in rəhbəri Lars Yorgenseni “İlin adamı” elan edib.

Qəzetin yazdığına görə, Yorgensen yeni “mətanətli, israrlı, lakin transformativ innovasiya modelinin” həyata keçirilməsində oynadığı rola görə təltif olunub.

Söhbət yaradılması üçün şirkətin bir neçə onillik vaxt sərf etdiyi “Vegovi” və “Ozempic” diabet dərmanlarının hazırlanmasından gedir. Nəşr qeyd edir ki, Böyük Britaniyanın Barclays bankının hesablamalarına görə, Jorgensenin rəhbərliyi altında “Vegovi”nin satışı bu il 4,2 milyard dollara, gələn il isə 7,3 milyard dollara çatacaq. “Ozempic”in satışından əldə olunan gəlirin 2023-cü ildə 13,3 milyard dollar, 2024-cü ildə isə 16,5 milyard dollar olacağı gözlənilir.

Qeyd edək ki, ötən yay “Ozempic”i qəbul etdikdən sonra xəstələrə ciddi mədə problemlərinin yaranma riski ilə bağlı xəbərdarlıq etmədiyi üçün Amerika məhkəməsində əczaçılıq şirkətinə qarşı iddialar qaldırıldığı açıqlanıb.