FHN-in əməkdaşı hündürlükdən yıxılaraq öldü - YENİLƏNİB 2

Biləsuvar rayonunun Arazbarı kəndində yerləşən soyuducu anbara baxış keçirən zaman yıxılaraq ölən şəxs - 1976-cı il təvəllüdlü Fövzi Manaf oğlu Quluyev Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müqavilə əsasında cəlb edildiyi mütəxəssis olub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

***2017

Biləsuvar rayonunda FHN-in əməkdaşının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Stopnarkotik.az xəbər verir ki, hadisə Arazbari kəndində yerləşən soyuducu anbarda qeydə alınıb. Belə ki, Bakı şəhər Suraxanı qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Quluyev Fövzi Manaf oğlu həmin obyektdə xidməti vəzifəsinin icrası ilə bağlı baxış keçirən zaman hündürlükdən yıxılıb.

Ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

*** 18:41

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

Stopnarkotik.az report-a istinadən xəbər verir ki, hadisə Səmədabad kəndində qeydə alınıb. Fövqəladə Hallallar Nazirliyinin (FHN) əməkdaşı, Bakı şəhər Suraxanı qəsəbəsinin sakini 1976-cı il təvəllüdlü Fövzi Manaf oğlu Quluyev hündürlükdən yıxılıb.

Ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin təfərrüatı araşdırılır.

Faktla bağlı araşdırma aparılır.