FHN metronun bu stansiyasında TƏLİM KEÇİRƏCƏK

Fövqəladə Hallar Nazirliyi (FHN) ilə “Bakı Metropoliteni” QSC metronun “8 Noyabr” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda noyabrın 24-də gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək.

Fövqəladə Hallar Nazirliyindən Stopnarkotik.az-a verilən məlumata görə, təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.