FHN-ə işə düzəltmək adı ilə dələduzluq edən şəxslə bağlı qərar verildi

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Qulu Səfərovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Stopnarkotik.az pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Qulu Səfərov heç bir səlahiyyəti olmadığı halda zərərçəkmiş 2 vətəndaşı Fövqəladə Hallar Nazirliyində yanğınsöndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib. O, həmin şəxslərdən 2022-2023-cü illərdə ümumilikdə 8240 manat pulu dələduzluq yolu ilə ələ keçirib.

Nizami Rayon Məhkəməsinin hökmü ilə Qulu Səfərov 9 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.