FETÖ-yə qarşı daha bir əməliyyat: 70 nəfər yaxalandı

Türkiyədə son bir həftədə FETÖ-yə qarşı 20 vilayətdə həyata keçirilən "Kıskaç-11" əməliyyatlarında 70 şübhəlinin ələ keçirildiyi açıqlanıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazir sosial media hesabında verdiyi açıqlamada, "FETÖ-çülərin gözümüzü açmasına icazə verməyəcəyik. Əməliyyatlarımız təhlükəsizlik güclərimizin üstün səyləri ilə, dövlətimizin sülh, birlik və həmrəyliyi üçün qətiyyətlə davam edəcək", - qeyd edib.