FETÖ təhlükəsi nəinki Türkiyədə, hətta Afrikada, Amerikada və digər ölkələrdə də qalmaqdadır.
Stopnarkotik.az xəbər verir ki, bu sözləri Türkiyənin ölkəmizdəki səfirliyinin daxili işlər müşaviri Mustafa Çakır “15 Temmuz Şəhidlərini Anma, Demokratiya və Milli Birlik Günü” konfransında çıxışı zamanı deyib.
Mustafa Çakır bildirib ki, FETÖ-çülər gizli qruplarını ifşa etməmək üçün böyük maliyyə dəstəyi sayəsində vətəndaşlıq alır, iş yerlərinə düzəlir, şübhə çəkməməyə çalışırlar. Bəzən isə həmin təşkilatın üzvləri elə həmin dövlətin vətəndaşlarından seçilirlər.