Fermanı yandırdılar, 230 baş heyvan yanaraq tələf oldu - HADİSƏNİ TÖRƏDƏN ŞƏXSLƏR SAXLANILDI / FOTOLAR

Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) fermalardan birində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Stopnarkotik.az xəbər verir ki, hadisə nəticəsində 230 baş xırdabuynuzlu heyvan yanaraq tələf olub.

Araşdırmalarla yanğının qəsdən törədildiyi müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanğın hadisəsinin Gəncə şəhər sakini Məmmədpur Bəhruzun sifarişi əsasında həmyerliləri Allahverdiyev Cavid və Vəliyev Erik tərəfindən qəsdən törədildiyi məlum olub. B.Məmmədpur, C.Allahverdiyev və E.Vəliyev saxlanılaraq istintaqa təhvil veriliblər.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.