Fentanil: Almaniya sintetik narkotik böhranına hazırlaşır

ABŞ-da narkotikə bağlı ölümlərin əsas səbəbi olan fentanil böhranı Almaniya küçələrində tüğyan edir. Qərbi Essen şəhərində "so-par" adlı pilot layihə irəli sürülüb. Almaniyanın qərbində yerləşən Essen şəhərində, əhalisi 600.000 olan narkomaniyaya qulluq mərkəzinin Hoffnungsstraße ("Ümid küçəsi") küçəsində yerləşməsi də yəqin simvolik məna daşıyır.

Bu, asılılıq ilə mübarizə aparan, pulsuz yemək və yatmaq üçün bir yer tapa biləcək insanlar üçün ümidi təmsil edir. Maraqlıdır ki, Ümid küçəsi həm də nəzarət altında steril narkotik qəbulu otaqlarında iyləmək, siqaret çəkmək və ya heroin inyeksiya edilə biləcək yerdir.

Essendəki zərərin azaldılması qrupundan Kaspar Stolz bildirir ki, "vəziyyət dəyişir".

“Hətta 15 il venadaxili heroin qəbul edən insanlar da indi narkotiki kreklə çəkirlər. İnsanlar daha tez deqradasiya edirlər, çünki onlar - 15 dəqiqəlik həzz, pul, krek al” çıxılmazından xilas ola bilmirlər”, Stolz deyir. Stolz bildirir ki, 2001-ci ildə narkotik qəbulu otağının açılmasından bəri orada bir nəfər də olsun ölüm hadisəsi baş verməyib. Amma ən son, daha təhlükəli narkotiklər artıq qapının astanasındadır.

Almaniyanın Frankfurt və Berlin kimi böyük şəhərlərində heroinlə qarışdırılmış fentanil və ya nitazen kimi sintetik opioidlər çoxdan küçələrdədir. Onların bir çimdik, bir duz dənəsi böyüklüyündə miqdarı belə, öldürə bilər .

Ən son tendensiya: TikTok-da narkotik qəbulu

Essendəki narkotik asılılığından müalicə xidməti nümayəndəsi Ruben Planert, COVID-19 pandemiyası zamanı başlayan yeni tendensiyanı müşahidə etdiyini deyir. Ruben deyir ki, narahatlığı azaldan benzodiazepin və opioidləri istifadə edən gənclərin sayının artması TikTok kimi sosial platformalarda canlı yayın açırlar, bu vaxt isə onlara narkotik satan dilerlər şərhləri izləyirlər.

"Bu yaxınlarda bizim gənclik müəssisəmizdə fentanil çəkdikdən sonra beş gün komada qalan bir gənc var idi. O aşırı doza etdiyi üçün tənəffüs iflici baş vermişdi ki, bu, saf heroinlə mümkündür, lakin daha çox sintetik narkotik nəticəsində əmələ gəlir", Planert deyir.

Bəs Fentanili daha təhlükəli edən nədir?

"Onu istehlak edən insanların çox vaxt heç nədən xəbəri olmur, çünki heroinin tərkibində aşırı doza etməyəcək həddə fentanil olur, amma bunu hər hansı köhnə küçə satıcısı deyil, yalnız ekspertlər və kimyaçılar çox dəqiq şəkildə təyin edə bilir".

Berlin kimi Almaniya şəhərləri sintetik opioid böhranının qarşısını kəsməyi hədəfləyir

Hannover və Berlin ilə yanaşı Essen də fentanil istifadəsinin tüğyanına hazırlaşan üç model şəhərdən biridir. Fentanilə qarşı layihə - "Sintetik Opioidlər — hazırlıq və reaksiya" və ya qısaca "so-par" adlanır və bütün ölkə üçün plan kimi işə salınacaq.

Şəhərlər fövqəladə hallar planları hazırlayır, təcili yardım xidmətləri və xəstəxana işçilərini təlimatlandırır və hər şeydən əvvəl opioidləri daha dəqiq aşkarlaya bilmək üçün dərman testlərini genişləndirir.

Məqsəd iki il əvvəl İngiltərənin Birmingem şəhərində baş vermiş və 30 nəfərin sintetik opioidlərin aşırı  dozası nəticəsində ölüm hallarının qarşısını almaqdır. Təkcə 2023-cü ildə İrlandiyanın paytaxtı Dublində onlarla narkotikdən ölüm hallarının səbəbi Nitazen olmuşdu.

Almaniya hökumətinin narkotik və narkomaniya üzrə yeni komissarı Hendrik Ştrek sintetik opioidlər problemini izləyir və “so-par” layihəsini dəstəkləyir.

"Keçmişin səhvlərini təkrarlamamalı və çox gec reaksiya verməməliyik. Buna görə də mən yeni təhlükəli maddələrin ortaya çıxması barədə real vaxt rejimində polisi, təcili yardım xidmətlərini, narkomaniya xidmətlərini və narkotik istifadəçilərini xəbərdar edəcək ümummilli monitorinq və erkən xəbərdarlıq sisteminin tərəfdarıyam", - o, “Deutsche Welle”yə bildirib.

“Bu, həm də insanlar arasında ümumən narkotik vasitələrin təhlükələri haqqında məlumatlılığın artırılması, narkomaniyanın müalicə imkanlarının genişləndirilməsi və naloksonun (opioidlərin təsirini aradan qaldırmaq və ya azaltmaq üçün istifadə olunan təcili dərman) ehtiyac olduğu hər yerdə var olmasını təmin etməkdən ibarətdir”.

Stopnarkotik.az