İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş 2024” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakini Aqil Rəcəbalıyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilərkən aqrotexniki qulluq göstərilmiş 19 ədəd çətənə bitkisinin şitilləri aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Stopnarkotik.az