"Evdə temperaturu iki dərəcə aşağı salın" - İran prezidenti xalqa müraciət etdi

İran Prezidenti Məsud Pezeşkian xalqa səslənərək, soyuq günlərdə bütün ölkəyə yanacaq verilişinin davam etdirilməsinə kömək üçün əhalini evlərdəki havanın temperaturunu iki dərəcə aşağı salmağa çağırıb.

"Azad İran" "Telegram" kanalı bu barədə İran mətbuatına istinadən xəbər verib.

M.Pezeşkian etiraf edib ki, İranda yanacağın keyfiyyəti aşağıdır, bu isə havanın çirklənməsi və cəmiyyətin sağlamlığına zərər vurur.

"Ölkə əhalisindən xahiş edirik ki, daha çox yanacağa qənaət etmək üçün evlərdə istiliyi ən azı 2 dərəcə aşağı salın ki, bu soyuq aylarda vətəndaşları yanacaqla təmin edə bilək. Bu məsələdə anlayışlarına görə insanlara təşəkkür edirik", - deyə M.Pezeşkian əlavə edib.