Ev dustaqlığına buraxılan Rəqsanədən İLK AÇIQLAMA / YENİLƏNİB

Sabunçu Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılan Rəqsanə İsmayılova açıqlama verib.

Stopnarkotik.az Manset.az-a istinadən xəbər verir ki, müğənni azadlıqda olduğu üçün sevindiyini bildirib:

"Mən həmişə ölkəmizin qanunlarına inanmışam. Balalarımın yanındayam. Çox sevincliyəm".

***

**

"Məhkəmə prosesi bitdi, Rəqsanə xanım ev dustaqlığına buraxıldı. Özünü yaxşı hiss edir".

Bunu Oxu.Az-a müğənninin vəkili Hikmət Əliyev Rəqsanə İsmayılovanın ev dustaqlığına buraxılmasını şərh edərkən deyib.

Vəkil dəymiş ziyandan 100 min manatın ödənilməsi barədə yayılan xəbərləri təkzib edib və ancaq ziyanın müəyyən hissəsinin ödənildiyini vurğulayıb.

*** 

Bir milyon manatlıq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.

Stopnarkotik.az xəbər verir ki, Sabunçu Rayon Məhkəməsi belə qərar qəbul edib.

Məhkəmə müğənninin vəkili Hikmət Əliyevin vəsatətini təmin edib. Rəqsanə barədə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Belə ki, müğənni ilə zərərçəkənlər məhkəmədə razılığa gəliblər.

Əldə olunan məlumata görə, R.İsmayılova dəymiş ziyandan 100 min manatı ödəyib.