İrəvan KTMT-yə münasibətdə mövqeyini yalnız Təşkilat Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisində olduğunu bəyan etdikdən və onların çıxarılmasını tələb etdikdən sonra dəyişəcək.
Stopnarkotik.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentin spikeri Alen Simonyan brifinqdə bildirib.
Onun sözlərinə görə, Təşkilatın bütün üzv ölkələri belə mövqe bildirməyənə qədər Ermənistan hesab edəcək ki, KTMT işləmir.
Eyni zamanda, Simonyanın qeyd etdiyi kimi, İrəvana belarus və ya qazax əsgərlərinin gəlməsi və Azərbaycan birləşmələrini Ermənistan ərazisindən çıxarması lazım deyil. Ermənistan parlamentinin spikeri vurğulayıb ki, Yerevan yalnız siyasi bəyanat gözləyir.
O, əmin edib ki, Ermənistan heç bir şəkildə KTMT-nin fəaliyyətini torpeda etmək fikrində deyil.
KTMT baş katibinin İrəvana səfərini şərh edən Simonyan qeyd edib ki, o, İmanqali Tasmaqambetovu şəxsən tanıyır, kifayət qədər maraqlı və təcrübəli insandır. Eyni zamanda o, Ermənistanın iştirak etmədiyi təşkilatın Minskdə keçirilən sammitində müzakirə olunan, gətirdiyi sənədlərin imzalanıb-imzalanmayacağından xəbərsizdir.
KTMT-nin baş katibi bir gün əvvəl Ermənistana gəlib və noyabrda Minskdə keçirilən sammitdə qəbul edilmiş sənədləri özü ilə gətirib. O, artıq Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqlar aparıb .
Simonyanın bu açıqlamasını növbəti erməni həyasızlığı adlandırmaq olar. Azərbaycanın 8 kəndini işğal altında saxlayan bir ölkə, heç bir əsas olmadan başqasını işğalçılıqda ittiham edir.