Ermənistandan gələn "İran heroini" Gürcüstan gömrüyündə tutuldu - VİDEO / YENİLƏNİB

Gürcüstanda gömrük əməkdaşları Ermənistandan daxil olan yük maşınında 300 kq-a yaxın heroin aşkarlayıblar. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi xəbər verib.

Gömrük sənədlərinə əsasən, yük maşınına yanğınsöndürən kərpic yüklənib. Əslində isə orada Batumidən keçərək Avropaya daşınmalı olan narkotiklər olub.

Gömrükçülər yük maşınının qoşqusuna ətraflı baxış keçirərkən kərpic imitasiya edən 600 ədəd plastik qab aşkar ediblər. Onların içərisində 85 milyon lari (31 milyon dollar) dəyərində 298 kq heroin olub.

Yük maşınını Gürcüstan vətəndaşı idarə edib. Onu 20 ilə qədər həbs və ya ömürlük həbs gözləyir.

Əgər düşünsək ki, Ermənistan İranla sərhəddir və İran heroin istehsalı üzrə "ixtisaslaşıb", onda məntiqlə heroinin İrandan Ermənistana ötürüldüyünə qərar verməliyik. Görrünür başına yağan İsrail bombaları İranı ordusunu maliyyələşdirmək üçün təcii heroinini bazara çıxarmağa məcbur edib. 

Stopnarkotik.az