Ermənistanda Rusiya yönümlü müxalif bloger saxlanılıb - YENİLƏNİB

Rusiyayönümlü bloger Mika Badalyan və Sputnik Armenia radiosunun şərhçisi Aşot Gevorkyan ötən gecə Gorusda saxlanılıblar.

Stopnarkotik.az Sputnik Armeniaya istinadən xəbər verir ki, hazırda saxlanılan şəxslərin İstintaq Komitəsində olduğu bildirib.Faktla bağlı istintaq tədbirləri davam etdirilir, lakin saxlanılmanın səbəbi barədə məlumat verilmir.

Mika Badalyanın “İrəvanda və onun hüdudlarından kənarda terror aktları hazırlanır” haqqında yalan məlumat yaydığına görə həbs edildiyi, daha sonra zaminə buraxıldığı ildirilib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanda saxlanlan rusiyayönümlü jurnalistlərin saxlanılmasına münasibət bildirib. O, teleqram kanalında Badalyan və Gevorkyanın saxlanılmasını İrəvanda Erməni-Rusiya media forumun keçirilməsinə qarşı təxribat adlandırıb.

"Yatıb iki ölkə arasında münasibətləri necə pozacağını görənlərin təxribatı. Qərb isə buna çoxlu pul yatırıb", - deyə Zaxarova yazıb.

Rusiya XİN sözçüsü onu da qeyd edib ki, o, ümumbəşəri azadlıq şüarları ilə hakimiyyətə gələn Ermənistan rəhbərliyinin “jurnalistlərin təqibinə sanksiya qoyacağına və məlumatların yayılmasının qarşısını alacağına” inanmır.

***19:50

Rusiyayönlü bloger və fəal Mikael Badalyan sentyabrın 6-da axşam saat 21:00 radələrində Gorusda qaldığı hotelin yaxınlığında naməlum maskalı şəxslər tərəfindən qaçırılıb.

Stopnarkotik.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, Mikael Badalyan hadisədən bir gün öncə "Sputnik" radiosunda verilişlərdən birində iştirak edib.

O, veriliş zamanı Ermənistan hökumətinə qarşı sərt ittihamlar irəli sürüb.