Ermənistanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan "qanuni oğru" saxlanıldı

Ermənistanda cinayət aləmində ən yüksək vəzifə tutmaqda və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan "qanuni oğru" saxlanılıb.  

Stopnarkotik.az unikal.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat ximdəti məlumat yayıb. 

Bildirilir ki, Armavir kənd sakini 38 yaşlı A.K. cinayət aləmində ən yüksək statusa malik şəxs olmaqla və bu statusdan istifadə edərək qanunsuz səmərə əldə etməkdə təqsirli bilinib. Həmçinin o, narkotik satışı üzərindən 10.000 və 45.000 ABŞ dolları məbləğində pul vəsaitlərini mənimsəyib.   

"Qanuni oğru" barəsində cinayət işi açılıb.