Ermənistanda müxalifət liderləri və daha yüzlərlə etirazçı saxlanıldı - YENİLƏNİB

Ermənistanın paytaxtı İrəvanda keçirilən aksiyalarda saxlanılanların sayı 350 nəfərə yüksəlib.

Stopnarkotik.az xəbər verir ki, məlumatı “Aysor” yayıb.

Etirazlar davam edir.

***09:31

Ermənistan polisi sentyabrın 22-də səhər saatlarında müxalifət liderlərindən sayılan, "Ana Ermənistan" Partiyasının sədri Andranik Tevanyanı saxlayıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Qeyd edək ki, A.Tevanyan Rusiyayönlü siyasi təşkilatın başçısıdır.

O, 1974-cü ildə İrəvanda anadan olub. 2021-2023-cü illərdə Ermənistan parlamentinin deputatı olub. Bu il İrəvan şəhər bələdiyyəsinə üzv seçilib. 2003-2013-cü illərdə Rusiya-Ermənistan Universitetində müəllim işləyib.

A.Tevanyan Qarabağın Azərbaycanın ərazisi olaraq tanınmasına qarşı çıxıb. O, son günlər İrəvanda hökumətə qarşı keçirilən etiraz aksiyasının təşkilatçılarındandır.