İrəvanda və Ermənistanın bir sıra regionlarında arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə itaətsizlik aksiyaları bərpa edilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Ermənistanda polis artıq itaətsizlik aksiyasında iştirak edən 50-yə yaxın etirazçını saxlayıb.
İrəvanda hazırda Xorenatsi küçəsi, Tiqran Mets və Azatutyan prospektləri bağlanıb.
Etirazçılar Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesinin əleyhinədirlər.
Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.