Ermənistanın Baş naziri Erməni Apostol Kilsəsinin işlərinə müdaxilə etməkdə ittiham olunur.
Media nümayəndələri, siyasətçilər və insan haqları fəallarının baş nazir Nikol Paşinyana qarşı Baş Prokurorluğa şikayət ərizəsi təqdim edərək onu siyasi rəqibləri təqib etməkdə və Erməni Apostol Kilsəsinin işlərinə müdaxilə etməkdə ittiham etməsi barədə “Sputnik” xəbər yayıb.
Şikayətdə iddia olunur ki, “2026-cı il parlament seçkiləri ərəfəsində Ermənistan hakimiyyəti şikayətçilərin siyasi rəqiblərə və tənqidi qruplara təzyiq kimi qiymətləndirdiyi hərəkətlərə başlayıb. Onların sözlərinə görə, təzyiq əsasən Erməni Apostol Kilsəsinə, Katolikosa, bir neçə yüksək vəzifəli ruhaniyə və onların qohumlarına, eləcə də iş adamı Samvel Karapetyana və kilsəni dəstəkləyən digər şəxslərə yönəlib.
"Ermənistan hakimiyyəti Konstitusiyanı və qanunları kobud şəkildə pozaraq milli dini təşkilatın özünüidarəetmə prinsipini və onun mülkiyyət hüquqlarını pozur”.
Əlbəttə, bu Rusiyanın Sputnikinin yaratmaq istədiyi mənzərədir. Aydındır ki, Sputnik başda olmaqla rusyönmülü cinah prosesi kilsənin hüquqlarına, arealına müdaxilə kimi qələmə verir.
Pərdə arxasında Paşinyanın kilsə cübbəsində gizlənən rus casus şəbəkəsini sıradan çıxarmaq üçün ciddi-cəhdlə əlləşməsi baş verir.
Stopnarkotik.az