Ermənistanda 47 polis əməkdaşı narkotik istifadəsinə görə işdən çıxarılıb

Ermənistanda kriminal fonun artımı haqda rəsmi məlumat açıqlanıb. Məlumata görə, qətllərin 80%-i məişət zəminində baş verib.

Stopnarkotik.az xəbər verir ki, bunu ökənin daxili işlər naziri Vahe Qazaryan ölkədə kriminal vəziyyətlə bağlı parlament dinləmələri zamanı bildirib. O bildirib ki, əsas cinayətlər sırasında adam öldürmə halları artıb-bu orta hesabla 12,1% təşkil edir, adam öldürməyə cəhddə artım 18,4%, qanunsuz silah dövriyyəsində artım - orta hesabla 15,6%, yol hərəkəti qaydalarının pozulması - 13,9%, narkotik vasitələrin qanunsuz dövriyyəsində artım – 46,6% olub. Daxili işlər naziri Vahe Qazaryan bildirib ki, 47 polis əməkdaşı narkotik istifadəsinə görə işdən çıxarılıb.

“Hazırda struktur tərəfindən hüquq-mühafizə orqanları əməkdaşlarının attestasiyası aparılır. Attestasiyadan keçməzdən əvvəl hər bir polis məmuru üçün məcburi tələb narkotik testindən keçməkdir. Yoxlamalar nəticəsində artıq 47 polis əməkdaşı işdən çıxarılıb”, deyə Kazaryan izah edib.

Stopnarkotik.az