Ermənistana oğurluq brilyant göndərən dəstə tutuldu - BRİLYANTLAR ERMƏNİ DEPUTATIN ŞİRKƏTİNƏ GEDİRMİŞ... / VİDEO

Ermənistana qaçaqmalçılıq yolu ilə "Alrosa" şirkətindən xammal brilyant oğurlayan dəstə tutulub.

Stopnarkotik.az bildirir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.

Oğurluq və qanunsuz dövriyyə faktları ilə bağlı cinayət işi açılıb. Axtarışlar zamanı təxminən 200 min karat texniki xammal brilyant, pul və zinət əşyaları ələ keçirilib.

Dəyəri 1,7 milyon rubldan çox olan daha bir brilyant partiyasını oğurlamaq cəhdi zamanı brilyantları oğurlayan şirkətin əməkdaşı Valentina Matyuşşenkova, vasitəçi kimi fəaliyyət göstərən oğlu Aleksey Matyuşşenkov, habelə daşları qaçaqmalçılıq yolu ilə keçirən Armen Petrosyan və Arman Saakyan tutulub.

“Alrosa” almaz hasilatı üzrə dünyada lider mövqe tutan Rusiya almaz hasilatı şirkətləri qrupudur.  

Rusiya FSB-si  aşkara çıxarılb ki, “Alrosa”dan brilyant oğurlayan və Ermənistandakı “ADM Diamond” MMC-yə təhvil verən dəstənin xeyrinə çalışdığı şəxs erməni biznesmen və “Qrzo” ləqəbli yerli parlamentin deputatı Xaçatur Sukiasyandır.

Stopnarkotik.az