“Ermənistan təxribatlarının miqyasını genişləndirməyə cəhd edir” - MÜDAFİƏ NAZİRLİYİ

Ermənistan silahlı qüvvələrinin bölmələri təxribatlarını genişləndirmək məqsədilə iriçaplı silahlar və minaatanlardan istifadə etməklə mövqelərimizi atəşə tutmağa davam edir.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətli cavab tədbirləri görülür.