Ermənistanın baş prokuroru Daxili İşlər Nazirliyi rəhbərinin “qanuni oğru” statusunun cinayət hesab edilməsi planlarının əleyhinədir. Bu barədə “Joxovurd” yazır.
Belə ki, Ermənistan parlamentində ekspert müzakirələri və debatlar zamanı Anna Vardapetyan qanun layihəsini qəbul etməkdən çəkinməyə çağırıb. Onun fikrincə, qanunun praktikada tətbiqi mümkün olmayacaq və hüquq sferasında mübahisəli məsələlər yaranacaq.
Hüquqşünaslar da bunda yekdildir, çünki kriminal aləmdə “status”un mövcudluğu qeyri-dəqiqdir və hüquqi nöqteyi-nəzərdən isbatı çətindir. Nəşr iddia edir ki, Sarkisyanın təşəbbüsü siyasi dairələrdə də bəyənilmir.
Lakin Ermənistan Daxili İşlər Nazirliyi kriminal avtoritetlərə qarşı ciddi tədbirlər görmək niyyətindədir.
Belə ki, “Qurum kriminal dünyanın ierarxik pillələrində yer tutan şəxslərin cinayət təqibinin əhatə dairəsini genişləndirməyi təklif edir”, deyə ölkənin daxili işlər naziri Arpine Sarkisyan parlamentdə deyib.
Ülviyyə