Ermənistan silahlı qüvvələri şərti sərhəd istiqamətində beton bunker tipli istehkamların tikintisini davam etdirir.
Stopnarkotik.az xəbər verir ki, Qarakilsə bölgəsində adı açıqlanmayan yüksəkliklərdə yeni istehkamlar tikilir. Bu ərazidə Ermənistan silahlı qüvvələrinə məxsus hərbi hissə də yerləşdirilib.
Bundan başqa, zərurət yaranarsa, ağır silahların yerləşdirilə biləcəyi ərazidə atəş mövqeləri hazırlanıb. Yeni alternativ yollar çəkilib, texnikanı gizlətmək üçün sığınacaqlar qazılıb. İstehkamlar şərti sərhədə yaxın ərazidə yerləşir.
Stopnarkotik.az




