Ermənistan Müdafə Nazirliyi yaralılarının ilkin sayını açıqladı

Azərbaycan-Ermənistan sərhədində davam edən toqquşmalarda üç erməni əsgər yaralanıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur.