Ermənistan İrandan gözlədiyi layihəyə cavab almayıb

Ermənistan hələlik İrandan Fars körfəzi-Qara dəniz Beynəlxalq Nəqliyyat Dəhlizi (BND) layihəsinin həyata keçirilməsi ilə bağlı sazişin imzalanması üçün son tarixlə bağlı yekun məlumat almayıb.

Bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat verib.

Layihə üzrə işçi qrupunun nümayəndələrinin altıncı və hələlik yekun görüşü 6-7 aprel 2022-ci il tarixlərində Bolqarıstanda keçirilib. Görüşdə Ermənistan, İran və Bolqarıstan nümayəndələri Fars körfəzi-Qara dəniz sazişinin son versiyasının hazır olduğunu təsdiqləyən protokol imzalayıblar. Lakin Yunanıstan bir neçə məsələdə fikir ayrılığına düşüb.

Nazirlik bildirib ki, "Bir neçə raund danışıqlar aparılıb. Son tarixlə bağlı hələlik İrandan heç bir məlumat alınmayıb". 

Stopnarkotik.az