"Beynəlxalq Cinayət Məhkəməsinin üzvü kimi Ermənistan 2020-ci ildə Gəncəyə edilmiş raket hücumlarını araşdırmalıdır".
Stopmarkotik.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkədə yazıb.
"17 oktyabr 2020: Gəncəyə ikinci ən ölümcül ballistik raket hücumu olub. Ermənistanın ballistik raket hücumları ilə dinc sakinləri qətlə yetirməsi təsadüf və ya yan təsir deyil, məqsədyönlü terror və qətl siyasətidir.
Beynəlxalq Cinayət Məhkəməsinin üzvü kimi Ermənistan bu hərbi cinayətləri araşdırmalıdır", - o qeyd edib.