Ermənistan Fransadan 36 “Caesar” özüyeriyən silah alıb

Ermənistan Fransadan 36 ədəd “Caesar” özüyeriyən artilleriya sistemi alıb.

“Sputnik-Armeniya” xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” jurnalının direktor müavini, jurnalist Jan-Kristof Buisson “X” sosial şəbəkəsində yazıb.

“Bu silahlar yaxın 15 ay ərzində onlara çatdırılmalıdır”, - Buisson qeyd edib.

İrəvan və Parisin “Caesar” özüyeriyən haubitsalarının tədarükünə dair müqavilə imzalaması faktını daha əvvəl Fransanın müdafiə naziri Sebastyan Lekornu açıqlamışdı.

Qeyd edək ki, iyunun 18-də Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq.