Ermənistan Baş Prokurorluğundan Kamil Zeynallının saxlanılmasına REAKSİYA

Ermənistan Baş Prokurorluğu idmançı Kamil Zeynallının saxlanılması ilə bağlı xəbərlərə münasibət bildirib. 

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 

Bildirilib ki, Kamil Zeynallı haqqında Ermənistan tərəfinin beynəlxalq axtarış elan etməsi haqqında heç bir rəsmi məlumat yoxdur. 

Qeyd edək ki, Kamil Zeynallı ötən gecə Azərbaycana qayıdarkən Rusiyanın Domodedovo hava limanında saxlanılıb.