Erməninin başçılıq etdiyi dəstə iş adamının arvadını qaçırıb öldürdü

MMA döyüşçüsü Karen Toroyanın rəhbərlik etdiyi avtomobil oğruları dəstəsi Novorossiyskdə 38 yaşlı qadını qaçırıb. Onun cəsədi daha sonra "Kabahaha" qəbiristanlığının yaxınlığındakı meşədə tapılıb.

Stopnarkotik.az lent.az-a istinadən bildirir ki, yerli iş adamı Roman Qriqeronkonun həyat yoldaşı fitnes klubuna gedərkən 29 yaşlı Karen Toroyan, 30 yaşlı Rıdvan Əliyev və 33 yaşlı Aşot Ağayanın hücumuna məruz qalıb. Onlar qadının avtomobilini qaçırıb, daha sonra sahibinə çoxsaylı bıçaq zərbələri vurublar.

Dəstə saxlanılıb. Məlum olub ki, onlar əvvəllər də adam oğurlayıblar. Belə ki, Toroyan və onun əlaltıları qarajlarda iki sürücüyə hücum ediblər. Onlardan birini "Renault Duster" markalı avtomobilin baqajına qoyub şəhəri gəziblər, lakin "nədənsə qorxaraq" avtomobili içəridəki şəxslə birlikdə tərk edərək aradan çıxıblar. Daha sonra onlar "Hyundai Matrix"in sahibini qaçırıblar, o da maşının baqajına qoyulub. Saxlanılan şəxslər avtomobil oğurlayaraq həmin şəxsi kimsəsiz yerə buraxıblar.

Hücum və qətllə bağlı cinayət işi açılıb. Dindirilmə zamanı Əliyevin halı pisləşib və nəticədə dünyasını dəyişib. Şübhəlinin ölüm səbəbi barədə məlumat verilmir.