Fransa xüsusi xidmət orqanlarının ruporu diqqəti Azərbaycanın yəhudi lobbisinə cəlb edir.
Stopnarkotik.az-ın yazdığına görə, nəşr ABŞ-dakı erməni diasporunun əsas strukturu "ANCA"-nın Azərbaycanın ABŞ-dakı lobbiçisi Ezra Fridlanderə qarşı antisemit kampaniya apardığını xəbər verir.
Bu ay ABŞ-ın “Friedlander Consulting Group” adlı Bruklin lobbiçilik kompaniyasının direktoru "Vaşinqtonun respublikaçı dairələrində əla əlaqələri" olan üç məsləhətçini-Laura Maqnus, Jessica Laykos və Stiv Krameri işbirliyinə cəlb edib. Bu barədə bu həftənin əvvəlində Fransa kəşfiyyat orqanlarının qeyri-rəsmi ruporu olan "Intelligence Online" məlumat verib. Qeyd olunur ki, bu üç məsləhətçinin vəzifəsi “Amerika parlamentariləri ilə təmasları genişləndirməklə Ezra Fridlanderə ABŞ və Azərbaycan arasında əlaqələri gücləndirməyə kömək etməkdir”. Yazıda vurğulanır ki, “öz təcrübəsinə görə Ezra Fridlander bu məqsədə çatmaq üçün ideal namizəddir”.
“Intelligence Online”ın məlumatına görə, “Türkiyə hökumətinin uzun müddət lobbiçisi və ictimaiyyətlə əlaqələr üzrə müşaviri olmuş Ezra Fridlander fevral ayında rəsmi Bakı tərəfindən bu məsələ üzrə təyin edilib. Onun Nyu-Yorkun pravoslav yəhudi icması ilə bu missiyada faydalı ola biləcək güclü əlaqələri var...”
Onu da əlavə etmək lazımdır ki, ABŞ-da ultra-pravoslav yəhudi isteblişmentinin yaradılmasının görkəmli nümayəndəsi olan Fridlander 2001-ci ildən rəsmi olaraq lobbiçilik fəaliyyəti ilə məşğuldur. Onun İsrailyönlü Amerika lobbisi “AIPAC”, “Respublikaçı Yəhudi Koalisiyası” (Republican Jewish Coalition), həmçinin “Demokrat və Respublikaçılar partiya”larından bir çox senator və konqresmenlə çoxillik əlaqələri var. O, keçmişdə ABŞ-da Türkiyənin, İsrailin keçmiş prezidenti “Şimon Peres Mərkəzi”nin və Misirin mərhum prezidenti Ənvər Sədatın ailəsinin maraqlarını təmsil edib. Bundan əlavə, Fridlander bir sıra müsəlman ölkələrinin, xüsusən də Bəhreyn və Banqladeşin hökumətləri ilə əlaqələr saxlayır.
ABŞ-da Azərbaycanın maraqlarını rəsmən təmsil etməyə başlayandan bir ay sonra erməni diasporunun Amerikadakı ən böyük strukturu olan “ANCA” Fridlanderi gözdən salmaq üçün media kampaniyasına başlayıb. Bu kampaniya bir çox hallarda açıq şəkildə antisemitizm xarakteri daşıyır - erməni qara PR-çıları ultra-pravoslav yəhudi kimi Bruklin lobbiçisinin-Fridlanderin zahiri görünüşünə diqqət yetirirlər. “ANCA” nəşrlərindəki fotoşəkillərdə o, həmişə ənənəvi dindar yəhudi qiyafəsində təsvir edilmişdir. Eyni zamanda, onun “hiyləgərliyi” və “eqoizmi” daim vurğulanır. Hələ mart ayında erməni diasporunun təbliğatçıları Fridlanderi “xristian ermənilərə qarşı irqçi nifrət yaymaqda” ittiham etmişdilər. Aprel ayında “ANCA”nı o qəzəbləndirmişdi ki, Bruklin lobbisi-Fridlander, amerikalı vergi ödəyiciləri hesabına ABŞ universitetlərində aşılanan erməni millətçi rəvayətlərinə qarşı sistemli “təlim” keçirmək cəhdlərinə ortaya qoymuşdu. Belə demək olarsa, “ANCA” Fridlanderin ABŞ ictimaiyyətinə erməni lobbisinin illərlə “əmək sərf etdiyi” erməni genosidi, məzlumluğu, əzabkeşliyi miflərini aşılamaq prosesini uğursuzluğa düçar etməsindən qəzəblənir. Çünki “erməni əzabkeşliyi mifi” “ANCA” və digər erməni lobbiçilərinin qidalandığı yemə çevrilib. Fridlanderin “erməni əzabkeşliyi mifi”ni duman kimi dağıtması erməni lobbisinin işinə gəlmir. Bu səbəbdən Fridlanderin fəaliyyəti çox əhəmiyyətlidir.
Stopnarkotik.az