Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank belə söküldü - VİDEO / YENİLƏNİB

Erməni işğalçıların vaxtilə Şuşanın girişində quraşdırdıqları tankın sökülməsinin kadrları yayılıb.

Həmin videonu təqdim edirik:

***09:23

1992-ci ildə işgaldan sonra ermənilər tərəfindən Şuşa şəhərinin girişində qələbə simvolu kimi  qoyulan tank abidəsi götürülub.

Bu barədə görüntülər sosial media hesablarında yayılıb.

Qeyd edək ki, sözügedən tank Şusaya girməyə cəhd edən ilk tank olub. Erməni Qaqik Avşaryanın idarə etdiyi 442 nömrəli tank ekipaj üzvü ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilmişdi.

Birinci Qarabağ müharibəsindən sonra isə Avşaryanın yanmış T-72 tankını bərpa edilərək Şusaya tuşlanmış vəziyyətdə abidə kimi quraşdırılmışdı.