Moskvanın Vnukovo hava limanında Türkiyəyə uçan 32 yaşlı Ermənistan vətəndaşı saxlanılıb.
Gömrükçülər həmin şəxsi "yaşıl” dəhlizdən keçərkən saxlayıblar.
Xarici vətəndaşın çox narahat olması və havaya uyğun geyinməməsi diqqətləri üzərinə çəkib. Məlum olub ki, o, ölkədən iki kiloqramlıq qızıl zəncir çıxarmağa cəhd edib. Bu haqda Rusiya Federasiyası Federal Gömrük Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Eyni zamanda, sərnişin inandırmağa çalışıb ki, zənciri cəmi 50 min rubla alıb. Bu arada aparılan gömrük ekspertizası zinət əşyalarının 99,9%-nin 999 əyarlı qızıldan ibarət olduğunu göstərib. Zəncirin dəyəri 9 milyon rubl olaraq qiymətləndirilib (160 min azn).
Erməniyə qarşı cinayət işi başlanıb, onu 7 ilə qədər həbs gözləyir.