Ermənistan Milli Məclisinin sədri Rusiyanı "hibrid müharibə"də günahlandırıb.
Stopnarkotik.az xəbər verir ki, spiker bu barədə Teleqram kanalında yazaraq Rusiyaya meydan oxuyub.
"Bu mərhələdə hibrid müharibə siyasi cəbhəmizdə kəşfiyyatla məşğuldur. Onlar müxtəlif mövzuları araşdırır, sıxışdırır və qarışıqlıq salırlar. Onlar acınacaqlı cılız şərhləri ortaya atır, mövcud olmayan intriqa və ehtirasları öz obrazlarına uyğun - mənim və həmkarlarım haqqında ssenarilər hazırlayırlar.
Başa düşmürlər ki, imzaları həm bunu sifariş edənləri, həm də bizə yapışdırmağa çalışdıqları mövzuların icraçılarını ifşa edir. Yoldaşlar, probleminiz ondadır ki, siz biz erməniləri tanımırsınız. Hətta erməni soyadlı çoxsaylı manqurtlar belə sizə kömək etməyəcək. Siz hətta qonşularınızdan heç birini tanımırsınız — həmişəki kimi. Ona görə də özünüzü yormayın — əldən düşəcəksiniz”, deyə Simonyan özünün Telegram kanalında yazıb.
Stopnarkotik.az