Erməni silahlılarının səngər qazmasının qarşısı alındı - MÜDAFİƏ NAZİRLİYİNDƏN AÇIQLAMA

Sentyabrın 17-si saat 23:15 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.