FSB əməkdaşları Çexovda sintetik narkotiklərin istehsalını və satışını təşkil edən Ermənistan vətəndaşlarından ibarət cinayətkar qrupun üzvlərini saxlayıblar.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Rusiya FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
“Moskva vilayətinin Çexov şəhər rayonunun ərazisində xüsusilə irimiqyaslı sintetik narkotik vasitələrin istehsalında ixtisaslaşmış Ermənistan Respublikası vətəndaşlarından təşkil edilmiş cinayətkar qrupun fəaliyyətinin qarşısının alınması məqsədilə əməliyyat keçirilib. Narkotik laboratoriyanın yerləşdiyi yerdə cinayət başında Ermənistan Respublikasının üç vətəndaşı saxlanılıb, ən azı 86 kq ağırlığında narkotik mefedron, həmçinin laboratoriya avadanlığı və müxtəlif kimyəvi maddələr götürülüb”, - deyə məlumatda bildirilir. Bundan əvvəl isə FSB məlumat alıb ki, Moskva vilayətində bir neçə qeyri-leqal onlayn mağazada satış üçün narkotik istehsal edən gizli laboratoriya təşkil olunub.
Mütəşəkkil cinayətkar qrupun üzvləri müəyyənləşib və Rusiya FSB-si Cinayət Məcəlləsinin 5-ci hissəsi ilə onlara qarşı cinayət işi açıb. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, saxlanılan şəxslər həbs edilib, onları ömürlük həbs cəzası gözləyir.
Stopnarkotik.az