Erməni general: “Azərbaycanın Göyçə gölünə birbaşa çıxışı olacaq”

Paşinyan təkcə 4 kəndi deyil, Ermənistanın Geqarkunik rayonunun yaşayış məntəqələrinə aid iki kəndi də qaytarmağa hazırlaşır.

Stopnarkotik.az bildirir ki, bu sözləri Serj Sarkisyanın dövründə Ermənistan Ədliyyə Nazirliyinin penitensiar xidmətinə rəhbərlik etmiş, hazırda Moskvada yaşayan və beynəlxalq axtarışda olan general Miqran Poqosyan deyib. Onun sözlərinə görə, bundan sonra Azərbaycanın Göyçə gölünə birbaşa çıxışı olacaq.

Poqosyan hazırda Moskada iri bizneslə məşğuldur: o, məmur kimi “Panama qalmaqalı”nda iştirak edib. Bundan başqa, rusiyayönlü general "Erməni Milli Birlik" partiyasına rəhbərlik edir. Görünür, ipi Rusiyanın əlində olan erməni general bu açıqlama ilə Paşinyanı pis vəziyyətə qoymağa çalışıb. 

Stopnarkotik.az