Erməni deputatdan Facebook çəkişməsi: Bu deputatı hər gün narkotestdən keçirin

Ermənistan Milli Məclisinin insan hüquqlarının müdafiəsi və ictimai məsələlər daimi komissiyasının rəhbəri, bitərəf deputat Taqui Tovmasyan parlamentin spikeri Alen Simonyandan tələb edib ki, parlament binasına daxil olmamışdan əvvəl “Mülki müqavilə” fraksiyasının katibi Artur Hovhannisyanın gündəlik narkotik testini təşkil etsin.

"Mən Milli Məclisin sədrinə rəsmi məlumat vermişəm ki, Bakı həbsxanasında erməni məhbuslara işgəncə verilməsi barədə danışarkən Ovanisyan brifinqimi yarımçıq kəsib. <…> Onun davranışı təkcə deputatın işinin deyil, həm də jurnalistlərin hüquqlarını pozur. Parlament xuliqanlığa dözə bilməz", deyə Tovmasyan Facebook-da yazıb. 

Stopnarkotik.az