ERKƏN NİKAH VƏ ONUN FƏSADLARI – Lənkəranda tədbir keçirildi / Fotolar

Lənkəranın Liman şəhər 1 saylı tam orta məktəbində “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirici görüş baş tutub.

Stopnarkotik.az xəbər verir ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçısıilə keçirilən tədbirdə erkən yaşda, eləcə də qohumlar arasında bağlanmış nikahların insan həyatında yaratdığı acı fəsadlarının ictimaiyyətə çatdırılması, eyni zamanda yetişməkdə olan gənc nəslin bu haqda vaxtaşırı maarifləndirilməsinin zəruriliyi  vurğulanıb.

Həmçinin, tədbirdə çıxış edənlər erkən nikahların yeniyetmə qızların təhsildən yayınması və onların hüquqlarının pozulması ilə müşahidə olunduğu bildirilib, bu halları vaxtında aradan qaldırmaqdan, qarşısını almaqdan ötrü dövlət orqanları ilə yanaşı, ictimaiyyətin də üzərinə böyük vəzifələr düşdüyü deyilib.

Sonda yeniyetmələri mövzu haqqında düşündürən suallara ətraflı cavab verilib.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

**